İki ölkə arasında gərginlik - Səfirlərini ölkədən çıxardılar

DÜNYA
11:20 09.08.2024
151
Braziliya öz səfirini ölkədən çıxaran Nikaraquaya eyni cür cavab verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Braziliya bu addıma qarşı Nikaraquanın Braziliyadakı səfirini deportasiya etmək qərarına gəlib.

Braziliya hökumətinin Nikaraqua prezidenti Daniel Orteqanın qərarını tənqid etdiyi və bu addımların hər iki ölkəyə heç bir fayda verməyəcəyi bildirilib.

Məlumata görə, Braziliyanın Nikaraquadakı səfiri paytaxt Manaquadakı keçirilən Sandinista İnqilabının 45-ci ildönümü mərasiminə qatılmadığı üçün Nikaraqua hökumətinin bu qərarı aldığı iddia edilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Nikaraquada saxlanılan katolik yepiskoplarının azadlığa buraxılması üçün vasitəçilik etməyə çalışmasından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR