İki ölkə arasında gərginlik: Sərhədə 2 min əsgər yığılır

İki ölkə arasında gərginlik: Sərhədə 2 min əsgər yığılır
DÜNYA
09:30 26.09.2023
297
Mərkəzi Amerika ölkəsi Qvatemalada mütəşəkkil cinayətkar qruplar tərəfindən 5 polis əməkdaşının öldürülməsindən sonra administrasiya Meksika sərhədinə 2 min təhlükəsizlik qüvvəsi göndərmək qərarına gəlib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, silahlı qüvvələrdən verilən açıqlamada son vaxtlar Qvatemalanın Meksika sərhəddində cinayətkar fəaliyyətlərdə ciddi artım olduğu, narkotik təşkilatlarının təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etdiyi bildirilib.

Hücumlarda 5 Qvatemala polisinin həyatını itirdiyi xatırladan açıqlamada təhlükəsizliyin təmin edilməsi üçün Meksika sərhədinə 2 min əsgərin göndəriləcəyi bildirilib.

Açıqlamada silahlı qüvvələrin ölkənin şimal-qərb sərhəddində yerləşən San Marko bölgəsində narkotik təşkilatlarına qarşı əməliyyatlar həyata keçirdiyi bildirilib və 14 nöqtədə hərbi patrul xidməti həyata keçirildiyi açıqlanıb.

Münaqişələrə görə Meksikanın Motozintla şəhərində yaşayan sakinlərin sərhədi keçərək Qvatemalaya sığındıqları iddia edilib.

Qvatemala-Meksika sərhədi həm narkotik qaçaqmalçılığı, həm də qeyri-qanuni immiqrantlar üçün tranzit marşrut olduğu üçün kartellər üçün strateji əhəmiyyətli olması ilə tanınır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR