İki ölkə arasında gərginlik - Təyyarəni ələ keçirdilər

İki ölkə arasında gərginlik - Təyyarəni ələ keçirdilər
DÜNYA
14:53 13.02.2024
191
İran ABŞ-nin Venesuelaya satdığı yük təyyarəsini ələ keçirməsinə reaksiya verib.
    
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, İran sanksiyalara görə Venesuelaya satdığı yük təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsini pisləyib və bunu qanunsuz hərəkət kimi qiymətləndirib.

2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın "Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi səbəbindən sanksiya siyahısına daxil edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada ABŞ-nin Venesuelanın "Emtrasur” aviaşirkətinə məxsus Boeing-747 tipli yük təyyarəsini ələ keçirməsinə münasibət bildirib.

ABŞ-nin təyyarəni ələ keçirmə hərəkətinin Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa zidd olduğunu bildirən Kenani İranın Venesuelanın əmlakına sahiblik və onlara girişi bərpa etmək üçün hüquqi və diplomatik səylərini habelə tədbirlərini şiddətlə dəstəklədiyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR