Pakistan ordusu Əfqanıstanla sərhədə yaxın Hayber Paxtunxva əyalətinin Çitral bölgəsində silahlılara qarşı əməliyyat keçirib.
AZXEBER.COM xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamaya görə, əməliyyatda 7 yaraqlı zərərsizləşdirilib, 6-sı isə ağır yaralanıb.
Açıqlamada əməliyyatın bölgədəki terror təhlükəsinin aradan qaldırılması üçün təşkil edildiyi bildirilib.
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatlarına görə, bu ilin ilk 6 ayında terror hücumları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79% artıb.
Ayşən