Tayvan Müdafiə Nazirliyi dünən səhərdən bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin aşkarlandığını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nazirliyin açıqlamasında 70 təyyarədən 35-nin tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçdiyi və Tayvanın "Hava" elan etdiyi ərazi üzərində uçduğu bildirilib.
Açıqlamada 8 "SU-30", 6 "J-10", 4 "J-11", 8 "J-16" döyüş təyyarəsi və "TB-001" tipli silahlı pilotsuz uçan aparatların nominal "orta xətti" keçdiyi bildirilir.
Ada ətrafında uçuşlar və gəmi patrullarının Tayvan lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra başlayan Çin ordusunun hərbi təlimi ilə əlaqəli olduğu güman edilir.
Qeyd edək ki, Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı aprelin 8-də adanın ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə birgə hərbi təlimə başladığını açıqlayıb.
Səfərdən sonra Çin Tayvan ətrafında təyyarə və gəmilərin patrullarını artırıb və Tayvan boğazını ayıran nominal orta xətti keçdiyi yerlərdə müntəzəm uçuşlar həyata keçirib.
Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildən Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq hələ də davam edir.
Pekin "Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.
Ayşən