İki ölkə arasında münasibətlər gərginləşdi - Dünya yeni müharibənin bir addımlığında

İki ölkə arasında münasibətlər gərginləşdi - Dünya yeni müharibənin bir addımlığında
DÜNYA
12:46 25.01.2023
374
Ruanda Konqo Demokratik Respublikasının hava məkanını pozan döyüş təyyarəsini vurub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ruanda ordusu hava məkanını 3 dəfə pozan Konqo Demokratik Respublikasına məxsus döyüş təyyarəsini vurub.

Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, iki Afrika ölkəsi müharibə həddinə gəlib.

Ruandanın açdığı atəş nəticəsində güllələrə tuş gələn təyyarə Konqo Demokratik Respublikasının Qoma şəhərinə məcburi eniş edib. Təyyarədə baş verən yanğın hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ayşən
OXŞAR XƏBƏRLƏR