Rusiya ilə Norveç arasında gərginlik yaşanır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Barents dənizində Norveç döyüş təyyarələrini təsbit edən Rusiya hərəkətə keçib. Açıqlamada Rusiyanın da sərhəd pozuntularının qarşısını almaq üçün döyüş təyyarələri qaldırdığı bildirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Norveç Hərbi Hava Qüvvələrinə məxsus P-3C Orion təyyarəsinin Barents dənizi üzərində uçduğu bildirilib.
"Rusiya təyyarəsi Norveç təyyarəsini Barents dənizinin ətrafında müşayiət edib”, - məlumatda deyilir.
Rusiyanın dövlət sərhədinin pozulmasına icazə verilmədiyi vurğulanan açıqlamada Rusiya təyyarəsinin hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq uçduğu bildirilib.
Ayşən