Qəzza zolağı ilə Misir arasındakı yeganə sərhəd qapısı olan Rəfah Sərhəd Qapısı sabah yaralı fələstinlilər üçün açılacaq.
AZXEBER.COM Reuters agentliyinə istinadəm xəbər verir ki, İsrailin blokadası altında bombaların düşdüyü Qəzzada yaralıların müalicəsi üçün sabah Misirin nəzarətində olan Rəfah Sərhəd Qapısı açılacaq.
Beynəlxalq xəbər agentliyi xəbərin həm Misir, həm də Fələstin rəsmiləri tərəfindən təsdiqləndiyini açıqlayıb.
Fələstin rəsmilərinin verdiyi açıqlamaya görə, ağır yaralı 81 nəfər müalicə üçün sabah Misirə sərhəd qapısından keçəcək.
Qəzzaya çatdırılmaq üçün müxtəlif ölkələrdən Misirin Ariş hava limanına gələn humanitar yardımları daşıyan yük maşınları əvvəlcə Rəfah Sərhəd Qapısında, daha sonra Misir və İsrail arasındakı Əl-Uce (Nitzana) Sərhəd Qapısında da İsrail tərəfindən yoxlanılır.
Sonra yardım Qəzza zolağına daxil olmaq üçün yenidən Rəfah Sərhəd Qapısına yönəldilir. Misir Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən Qəzza zolağına göndərilən yardımın Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya çatdırılmasını təşkil edir.
Qeyd edək ki, son məlumata görə, Qəzzada 3 min 542-si uşaq, 2 min 187-si qadın olmaqla 8 min 525 fələstinli həlak olub, 21 min 643 nəfər isə yaralanıb.
Mikayıl