Norveç və Almaniya Ukrayna üçün tam döyüş komplekti ilə birlikdə iki ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminin alınmasını maliyyələşdirmək barədə razılığa gəliblər.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı məlumatda bildirilib.
Hökumətin məlumatına əsasən, kompleks dəstək sistemlər üçün raketləri də əhatə edəcək.
Bildirilir ki, HHM sistemlərinin tədarükü Almaniya ərazisindən həyata keçiriləcək.
Bundan əlavə, Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün təxminən 7 milyard kron (695 milyon dollardan çox) vəsait ayıracaq.