İki məşhur futbol klubu Zərrabın cinayət işində

İDMAN
14:27 26.05.2016
1381
Amerikada həbs olunan Azərbaycan əsilli milyarder Rza Zərrabın cinayət işində Türkiyənin 3 klubunun adının keçməsi ilə bağlı xəbərlər yayılıb.
Amerikalı prokuror Prit Bhararanın hazırladığı "Rza Zərrabın cinayət işi siyahısı"nda bəzi klubların da adının keçdiyi, bunların "Beşiktaş", "Trabzonspor" və "Mersin İdman Yurdu" olduğu iddia edilib.
Məlumata görə, Rza Zərrab "Beşiktaş"ın yeni "Vodafon Arena" stadionunda özünə 1,2 milyon lirəyə yer aldığı üçün bu siyahıya salınıb.
"Trabzonspor" isə sponsorluq məsələlərinə görə amerikalı prokurorun ciddi nəzarəti altındadır. Rza Zərrab dəfələrlə "Trabzonspor" klubuna sponsorluq etdiyini və maddi yardım bağışladığı açıqlayıb.
Xatırladaq ki, R.Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən, FTB agentləri tərəfindən saxlanılıb və məhkəmədə həbs olunub.
///axar.az
OXŞAR XƏBƏRLƏR