İki nəfər qatarın altında qalıb öldü - Bakıda dəhşətli hadisə

SOSİAL
09:38 30.10.2024
166
Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar.
 
Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR