İki nəfəri güllələməkdə şübhəli bilinən şəxs tutuldu

İki nəfəri güllələməkdə şübhəli bilinən şəxs tutuldu
HADİSƏ
12:25 27.03.2026
250
Martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən C. Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
OXŞAR XƏBƏRLƏR