İki qadın güləşçimiz gümüş medal qazandı

İki qadın güləşçimiz gümüş medal qazandı
İDMAN
19:00 22.07.2019
3174

Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərinə çıxıb.

Gültəkin Şirinova (46 kq) finalda Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib. 

61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə qarşılaşıb. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, Azərbaycan güləşçiləri indiyədək 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 

OXŞAR XƏBƏRLƏR