İki qardaşı güllələyən şəxsə cəza verildi

KRİMİNAL
18:12 07.03.2014
1897
Şəki Ağır Cinayətlər Məhkəməsində 49 yaşlı Balakən rayon sakini Mahmayev Qasım Ramazan oğlunun məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Q.Mahmayev Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4, 29, 120.2.7 və 229.1-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Qasım Mahmayev 3 iyul 2013-cü il tarixdə saat 14:00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində yerləşən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 6 saylı dolayının 24-cü kvartalında təmizlik və meşə bərpası ilə bağlı işlər apardıqları zaman meşə gözətçisi işləyən Həsənov Murad İsa oğlu, Qurbanov Bəxtiyar Əliyar oğlu, sonuncunun qardaşı Şahin və eləcə də orada olan digər şəxslərdən birgə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Bəxtiyar və Şahin Qurbanov qardaşları tərəfindən nalayiq sözlərlə təhqir olunan Qasım onlardan qisas almaq qərarına gəlib. Atla İtitala kəndindəki evinə gedib və oradan qoşalüləli odlu ov tüfəngini götürərək meşəyə qayıdıb. O, Şahin Qurbanova bir dəfə atəş açaraq onu qəsdən öldürüb, bundan sonra tüfəngi Qurbanov Şahin Əliyar oğluna tuşlayıb və yanında digər şəxslərin olmasına baxmayaraq, ona da bir dəfə atəş açaraq öldürmək istəyib.

OXŞAR XƏBƏRLƏR