İki qardaşın əmilərini qətlə yetirməsinin TƏFƏRRÜATI

İki qardaşın əmilərini qətlə yetirməsinin TƏFƏRRÜATI
SOSİAL
11:15 25.10.2022
228
Masallı rayonunda əmilərini qətlə yetirməkdə ittiham olunan Ariz Səfərov və qardaşı Fəqan Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Səfərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il iyulun 31-də saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə Masallı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı - 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq araşdırması zamanı İbdulla Səfərovun qardaşı oğlanları tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.

Hadisə mülk üstündə baş verib. Rayonun Təzə Alvadı kəndində baba mülkünün bölünməsi qohumlar arasında münaqişəyə səbəb olub.

Ariz və Fəqan evin onlara məxsus olduğunu söyləyərək, əmiləri İbadulla Səfərovla davaya çıxıblar. Tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə münaqişə ölümlə nəticələnib.

Xatırladaq ki, İbdulla Səfərov ata yurdunun üçdəbir hissəsinin ona aid olduğunu deyərək, evi sökmək istəyirmiş. Qardaşlar buna etiraz ediblər. Qətl törədən qardaşların ataları hazırda həbsdədir. Onun həbsinə səbəb qardaşı İbdulla Səfərovla dava etməsi olub.

İstintaq orqanı tərəfindən hər iki qardaş barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
///Teleqraf.com 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”