10 aprel 2014-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi və “Qan Donorları Assosiasiyası” İctimai Birliyi arasında respublikada qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb.
Qan Donorları Assosiasiyasının mətbuat xidmətinin AZXEBER.COM-a verdiyi məlumata əsasən, memorandumun məqsədi yaxın gələcəkdə gənclərin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və gənclər arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır. Memorandum Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Hasənzadə və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov tərəfindən GTM-n mərkəzi ofisində imzalanıb. İmzalanma prosesində birliklərin əməkdaşları və fəal üzvləri iştirak etmişdir. Mərasim sonrası iki təşkilatın rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə etmişdir.
Qeyd edək ki, Qan Donorları Assosiasiyası artıq 5 ilə yaxın müddətdir ki, respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.
![](/file/pic/xeber/2014-04-11/67812.jpg)
![](/file/pic/xeber/2014-04-11/67813.jpg)