ABŞ-ın Arizona ştatında bir qadının uşaqlarına yaxın məsafədən açdığı atəş zamanı uşaqlardan biri dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, reseptli dərmanlardan istifadə etdiyi öyrənilən 24 yaşlı gənc qadın 2 və 6 yaşlarında iki uşağını güllələyib.
Yaxın məsafədən açılan atəş zamanı 2 yaşlı qızcığaz hadisə yerindəcə dünyasını dəyişib.
Qatil ananın ifadəsində "onları cənnətə göndərmək istədim" dediyi məlum olub. Araşdırmalar zamanı qadının ən ağır antidepressantlardan istifadə etdiyi ortaya çıxıb.
Faktla bağlı Arizona polisi cinayət işi qaldırıb və ana ilə bağlı araşdırmalara başlayıb.
Ayşən Mirzəyeva