İki uşağı pəncərədən ataraq öldürən cütlük edam edildi

İki uşağı pəncərədən ataraq öldürən cütlük edam edildi
DÜNYA
16:22 02.02.2024
279
Çində 2 yaşlı qız və 1 yaşlı oğlan uşağını 15-ci mərtəbədən ataraq öldürən ata və onun münasibətdə olduğu qadına ölüm hökmü çıxarılıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, 2 noyabr 2020-ci ildə Çinin Çonqinq şəhərində Zhang Bo münasibətdə olduğu Ye Çenqçenlə birlikdə 2 yaşlı qız və 1 yaşlı uşağı evinin pəncərəsindən ataraq öldürüb.
 
Məhkəmə prosesindən sonra cütlük "qəsdən adam öldürmə" ittihamı ilə edam cəzasına məhkum edilib.
 
Chongqing Ali Xalq Məhkəməsinin 11 may 2023-cü il tarixində açıqladığı əsaslandırılmış qərarda Zhang Bo-nun evli olduğu müddətdə Ye ilə ailə vəziyyəti barədə məlumat vermədən "uyğun olmayan” münasibət qurduğu, lakin Ye-nin bundan sonra münasibətini kəsmədiyi bildirilib.
 
Bildirilib ki, çinli kişi 2020-ci ilin fevralında həyat yoldaşından boşandıqdan sonra Ye iki uşağı cütlüyün evliliyinə "ən böyük maneə” kimi görüb və dəfələrlə Zhangi uşaqları öldürməklə hədələyib.
 
Cütlüyə verilən edam cəzasının ötən yanvarın 31-də Chongqing 5 saylı Ara Xalq Məhkəməsi tərəfindən icra edildiyi açıqlanıb.
 
Qeyd edək ki, edam xəbəri sosial şəbəkələrdə viral olub.

Mikayıl
OXŞAR XƏBƏRLƏR