İki uşağını boğaraq öldürən ana: "Mən onların yaxşılığını istəyirdim"

İki uşağını boğaraq öldürən ana: "Mən onların yaxşılığını istəyirdim"
DÜNYA
16:05 08.02.2017
1190
Türkiyənin Bağcılar bölgəsində 4 aylıq qızını və 5 yaşlı oğlunu boğaraq öldürdüyü iddia edilən və həbs olunan H.T. polis bölməsində "Yaşıl adam mənə uşaqlarını öldürsən, onlar üçün ən yaxşısı olar", dedi'' sözlərini işlədib.
Bakırköy Respublika Prokurorluğunda ifadə verən H.T 7 illik evliliyi zamanı həyat yoldaşıyla problemlər yaşadığını, uşaqların da uzun müddətdir sağlamlıq problemləri olduğunu deyib.

H.T. ifadəsində bunları qeyd edib: "Təxminən 3 aydır "yaşıl adam" görürəm. Oğlum Məhəmməd "Mən artıq iynə vurdurmaq istəmirəm" deyirdi. "Yaşıl adam" uşaqlarını öldürsən onlar üçün ən yaxşısı olar, iynə də vurulmaz heç deyirdi. Mən onların yaxşılığını istəyirdim. Özümə gələndə hamamda idim. Sonra özümü küçəyə atdım. Böyük qardaşıma zəng etdim ki , uşaqlara bir şey oldu, mən küçədəyəm. Onlar gəlib görüblər ki, uşaqlar ölüb. Mən hadisə anını xatırlamıram. Mənə kömək edin. Yoldaşımın məni evdən çıxarmamasından ötrü əsəblərim pozuldu. Özümü yaxşı hiss etmirəm'.' 

Xatırladaq ki, H.T. 5 yaşlı oğlu Məhəmməd və 6 aylıq qızı Rabianı yastıqla boğub, öldürüb.
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR