Tovuzda dəhşətli qətl törədilib
AZXEBER.COM Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşviq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib. 43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində, kənd qəbristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıblar. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə gətirilib. Qətlin kim, yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.
![](/file/pic/xeber/2015-04-26/34894.jpg)
![](/file/pic/xeber/2015-04-26/34896.jpg)
![](/file/pic/xeber/2015-04-26/34897.jpg)