Macarıstanda 65 yaşlı kişi iki uzunqulağın dişləməsi nəticəsində ölüb. Hadisə Vas qraflığının kəndlərindən birində baş verib. Məlumata görə, Şandor Xorvatın parçalanmış cəsədini tapan kənd sakinləri əvvəl onun canavarlar tərəfindən parçalandığını hesab ediblər. Daha sonra məlum olub ki, skuterlə fermada yaşayan dostunun ziyarətinə gedən Xorvat iki ulağın hücumuna məruz qalıb.