İki xəstəxananın baş həkimi DƏYİŞDİ

İki xəstəxananın baş həkimi DƏYİŞDİ
SOSİAL
11:05 18.02.2019
3233
Gəncə şəhərinin 1 və 3 nömrəli xəstəxanalarının baş həkimləri dəyişib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib. 

O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub. 
OXŞAR XƏBƏRLƏR