İki yaşlı uşaq qaynar suyun içinə düşüb öldü

İki yaşlı uşaq qaynar suyun içinə düşüb öldü
DÜNYA
12:31 17.08.2021
1472
Kiçik qız iməkləyərək qaynar suyun içinə girib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə Ukraynada baş verib.

İki yaşlı qız anasının toyuq bişirdiyi qaynar su qabına girib. Qarnına və kürəyinə qaynar su tökülməsi nəticəsində balaca qızın bədənində ağır yanıqlar əmələ gəlib. Tibb fakültəsi tələbəsi olan 18 yaşlı anası Darina Qorova qızını xəstəxanaya aparmaq əvəzinə otlarla müalicə edən bir həkimin yanına aparıb.

Uşaq sonradan nənəsinin təkidi ilə xəstəxanaya aparılsa da, artıq gec olub. Çünki həmin həkimin istifadə etdiyi dərmanlar səbəbindən yaraya inkesiya düşüb. 10 gün xəstəxanada müalicə olan uşaq dünyasını dəyişib.

Polis ana və onu əri haqqında adam öldürmə ittihamı ilə istintaq başladıb. Günahları sübuta yetiriləcəyi təqdirdə onları 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
 
Aydın
OXŞAR XƏBƏRLƏR