BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

"İkimiz də boşanmışdıq, 25 il sonra mənə evlilik təklif etdi" - Nərgiz Cəlilova

MAQAZİN
11:53 04.12.2018
11049
Nərgiz Cəlilova" />
Əməkdar artist Nərgiz Cəlilova ilk dəfə şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. 

AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, yerli brendlərdən birinin "Etiraf" adlı video layihəsinə qonaq olan aparıcı həyat yoldaşından bəhs edib:

"İnstitutun birinci kursunda oxuyanda tələbə yoldaşımla tanış oldum, saf dostluq münasibətimiz başladı. Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu 4-cü kursda tələbə düşərgəsinə göndərdilər. Qayıdandan sonra dəyişildiyini hiss etdim, münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq idi, amma o zaman bu, tələb olunurdu.

Bir neçə ay keçəndən sonra televiziyada çalışmağa başladığım, həmin şəxs isə elmi işlər görürdü. Bir gün mənə zəng gəldi, bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Telefonda dedi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra düşündüm və hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, razılaşdıq və yenə də ayrıldıq. Sonra ailə qurdum, qızım dünyaya gəldi. O da evləndi, əkizləri oldu, Amerikaya köçdü.
Üstündən 25 il keçdi. Günün birində mənə yenə zəng gəldi. O dövrdə mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, razıllıq vermədim. Çünki axar suya ikinci dəfə girmək mümkün deyil. Bu, mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı”.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:03 03.04.2020

YAP Gəncə şəhər təşkilatının kollektivi yenidən KMDF-a vəsait köçürüb

15:02 03.04.2020

Dövlət məmuru Pərvin Abıyevaya avtomobil hədiyyə göndərdi — VİDEO

14:47 03.04.2020

Anar Hüseynov: "Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur"

14:40 03.04.2020

Sabah da yağışlı hava olacaq

14:24 03.04.2020

Deputatın təşəbbüsü ilə #evdəqal #idmandanqalma devizi altında hədiyyəli aksiyaya start verilir

14:05 03.04.2020

Həkim işləyən sevgilisini öldürdü: “Mənə koronavirus yoluxdurub” - VİDEO

13:56 03.04.2020

BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"

13:34 03.04.2020

Evdən çıxmaq üçün icazə alan vətəndaşların şəxsi avtomobillərindən istifadə qaydası müəyyənləşdi - RƏSMİ

13:28 03.04.2020

Evdən çıxmaq üçün icazə alan vətəndaş Bakının istənilən ərazisində işini görə bilər - RƏSMİ

13:12 03.04.2020

“Bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır”

12:53 03.04.2020

Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək

12:46 03.04.2020

Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - FOTOLAR

12:37 03.04.2020

“Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir” - Əli Əhmədov

12:20 03.04.2020

Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!

12:15 03.04.2020

Azərbaycanda daha 6 nəfər koronavirusdan sağaldı

12:11 03.04.2020

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı