İkinci dəfə ailəsi dağılan müğənni Rəvan Qarayev ilk dəfə efirə çıxıb.
AZXEBER.COM xəbər verir ki, müğənni ARB-də yayımlanan "Səhər səhər” verilişinin qonağı olub. O, ayrılıq səbəb kimi zəif xasiyyəti olduğunu bildirib:
"Mən bilmirdim ki, ayrılıq xəbərimiz belə gündəm yaradacaq. Sadəcə bir kəlimə söz dedim aləm biri-birinə dəydi. Ayrılma səbəbinə gəldik də isə, dolana bilmirdik. Bu qədər. Artıq sözə ehtiyyac yoxdur”.
Müğənni qızlarına ailmentdən əlavə pul ödədiyini bildirib: "Hər iki qızıma alimentdən əlavə ödəniş də verirəm. Aliment 200 manatdır. Onunla kim dolana bilər ki?”
Rəvanın ayrıldığı xanım Günay Rəhimova isə, efirə zəng edərək günahı Rəvanın atasında görüb:"Rəvan özü yaxşı insandır. Ona hörmətim var. Amma ailəmizin dağılmasında günahkar qaynatamdadır”.
Qeyd edək ki, müğənni Rəvan Qarayevin hər iki evliliyindən bir qızı var.