İkinci dəfə evlənmək istəyən ərini belə cəzalandırdı

DÜNYA
18:02 04.02.2013
2257

Türkiyənin Şanlıurfa şəhərində kənd imamı İsmayıl Ö. dilinin bəlasına düşüb.

AZXEBER.COM-un verdiyi məlumata görə, 2 uşaq atası olan imam “evə ikinci arvad alıb gətirəcəm” deyərək zarafat edib.

Daha sonra kənddə 40 yaşlı İsmayılın xalası qızı ilə münasibətdə olduğu haqda şayiə yayılıb.

Bundan qəzəblənən İsmayıl Ö.-nün arvadı Nesrin Ö. tavadakı qaynar yağı ərinin üzünə töküb. Daha sonra ürəyi soyumayan xanım özünü itirmiş ərinin başına qaynar su endirib. Bu zaman onları ayırmaq istəyən cütlüyün oğlu da xəsarət alıb. Hazırda polis nəzarətində olan Nesrin Ö. üçün 10 il həbs cəzasi verilməsi tələb edilir.

OXŞAR XƏBƏRLƏR