Ermənistanda İkinci Qarabağ müharibəsində həlak olanların valideynləri etiraz edir.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, 44 günlük müharibədə öldürülən əsgərlərin anaları İrəvanda Baş Prokurorluğun binası yaxınlığında etiraz aksiyası keçirir.
Onlar idarədən tələb edirlər ki, niyə bu gün hərbi əməliyyatlar üzrə məhkəmə prosesini növbəti dəfə təxirə salıblar və proses barədə məlumat verməyiblər.
Anakar bildirir ki, onların maraqlarına göz yummaq olmaz. Prokurorluq işçiləri onları binaya buraxmasalar da, yazılı cavab verəcəklərini vəd ediblər.