İtaliyanlara ermənilərin müharibə cinayətləri haqda məlumat verildi - FOTO

İtaliyanlara ermənilərin müharibə cinayətləri haqda məlumat verildi - FOTO
SOSİAL
14:56 11.10.2021
837
44 gündən sonrakı dövrdə görüləcək işlər ən azından müharibə dövründəki qədər əhəmiyyətli və çətindir.  Bu dövrdə baş verənlər, müharibə cinayətkarları və cinayətlərinin araşdırılması və həll edilməsi lazım olan mövzulardan biridir. 

Mədəniyyətlərarası Əlaqələr Gənclər Birliyinin Sədri Türkan Həsənova AZXEBER.COM-a bildirib ki, Italiyanın Venesiya şəhərindəki azərbaycanlılar icması olaraq biz də bu məsələyə töhfə vermək, o dövrdə baş verənləri tanıtmaq və digər insanlara məlumat vermək üçün çalışırıq. 

Venesiyadakı azərbaycanlı icması olaraq müharibə dövründə də müharibə cinayətləri, ermənistan ordusu və dövlətinin işğal edilmiş torpaqların ətraf-mühitinə vurduğu zərərləri işıqlandırmaq üçün də Venesiya, Padova və Roma, Siena kimi şəhərlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgilər və İctimai tədbirlər keçirmişdik.

Münaqişə zonasından uzaqda olan Gəncə və Bərdə şəhərlərinin qəsdən bombalanması müharibədən sonra da müzakirə olunması gərəkən ən vacib mövzulardan biridir. Bu münasibətlə, 10/10/2021 tarixində, şəhərin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsünün yaxınlığında yerləşən S.Bortolomio meydanında Venesiyada yaşayan azərbaycanlılar olaraq Ikinci Qarabağ müharibəsində baş vermiş müharibə cinayətlərinə diqqət çəkdik, üzərində QR kodlar olan oyuncaqlar ilə bu faciəni 100-ə yaxın yerli əhaliyə çatdırdıq, 100-dən çox sakin isə tədbirlə aktiv maraqlanıb, öz suallarını verdilər.
 




OXŞAR XƏBƏRLƏR