İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
SOSİAL
12:28 27.09.2025
815
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.

AZXEER.COM xəbər verir ki, bu barədə Oxu.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib: "Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidənqurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb.

Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı olmaqla, ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda şəhid ailələrinin istək və təklifləri də nəzərə alınıb”.


Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsini simvolizasiya edən 44 metrlik monumental abidə inşa edilib: "Həmçinin 44 günlük Vətən müharibəsində hər bir günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar bizim üçün müqəddəs olan bu ərazi xalqımızın mili-mənəvi dəyərlərini, şəhidlərimizin əziz xatirələrini simvolizasiya etdirir. Bu müqəddəs məkanı ziyarət edən hər bir vətəndaşımız burada şəhidlərimizn fədakarlığını hiss edəcək. Bizim irsimizi daim qəlbimdə qoruyacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
18:07 05.03.2026
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi