“İl-76” təyyarəsinin qəzaya uğradığı yerdə raket parçaları tapılıb

“İl-76” təyyarəsinin qəzaya uğradığı yerdə raket parçaları tapılıb
DÜNYA
20:38 25.01.2024
210
Rusiyanın Belqorod vilayətində "İl-76”nın qəzaya uğradığı yerdə raketin fraqmentləri tapılıb. Bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

"Yerdə təyyarəyə xarici zərbəni təsdiqləyən elementlər tapılıb. Onlar ekspertizaya göndəriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, hazırda hərbçilər, müstəntiqlər və kriminoloqlar təyyarənin qəzaya uğradığı yerdə metal konstruksiyaları axtarırlar. Onlar diqqətlə toplanır və təhlil edilir.
OXŞAR XƏBƏRLƏR