İlan sancan İsmayıllı sakinlərinin son durumu AÇIQLANDI

İlan sancan İsmayıllı sakinlərinin son durumu AÇIQLANDI
SOSİAL
10:39 30.05.2023
150
İsmayıllı rayonunda ilan sancması ilə xəstəxanaya yerləşdirilən şəxslərin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1958-ci il təvəllüdlü F.Q. ilan sancması səbəbilə 29.05.2023-cü il tarixində saat 19:30-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib. 24 saat müşahidə altında saxlanıldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

2005-ci il təvəllüdlü S.Ə. isə 23.05.2023-cü il tarixində saat 19:40-da ilan sancması səbəbilə təcili tibbi yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

"Ona ilkin tibbi yardım göstərilib və TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda tibb müəssisəsinin Toksikologiya şöbəsində müalicəsi aparılan pasiyentin vəziyyəti ağır stabildir”.
OXŞAR XƏBƏRLƏR