"İldən-ilə istehsalı artırırıq" - İlham Əliyev

"İldən-ilə istehsalı artırırıq" - İlham Əliyev
SOSİAL
16:24 24.01.2019
3669
"Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır. Bu günə qədər minlərlə könüllü "ASAN xidmət”də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı mərasimində deyib.

"Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq”, - dövlət başçısı əlavə edib.

Prezident deyib ki, tərəvəzçilik Azərbaycanın kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir: "Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
19:45 11.07.2026
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
19:24 11.07.2026
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:15 11.07.2026
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
19:14 11.07.2026
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb