İlham Əliyev: "233 erməni tankı bizdədir"

İlham Əliyev: "233 erməni tankı bizdədir"
SİYASƏT
14:14 14.10.2020
6773

"Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq?”

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

"İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”, - İlham Əliyev bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
08:06 12.10.2026
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
07:54 12.10.2026
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
07:43 12.10.2026
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
07:28 12.10.2026
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
07:10 12.10.2026
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”