Katarakt

İlham Əliyev: “25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”

SOSİAL
21:12 22.07.2021
239
Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, tarix hər şeyi yerinə qoyub. "Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:48 27.07.2021

Azərbaycan və Rusiya mövsümi təbii qaz mübadiləsi sahəsində əməkdaşlığı təkmilləşdirir

18:40 27.07.2021

“Ay Qonşu” restoranı cərimələndi - TAM SİYAHI

18:25 27.07.2021

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

18:17 27.07.2021

MN: Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutuldu

18:15 27.07.2021

Bakıda qumbara partlayışına görə cinayət işi açıldı

18:15 27.07.2021

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlandı

18:06 27.07.2021

Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlandı

17:57 27.07.2021

Təhsil tələbə kreditinin hansı bankların verəcəyi məlum oldu

17:45 27.07.2021

Polislərin toylara nəzarəti niyə artıb? - VİDEO

17:28 27.07.2021

Bank Respublika media nümayəndələri üçün Lənkəran rayonuna press-tur təşkil etdi - FOTOLAR

17:22 27.07.2021

"Aqroservis"dən mediatur: Müasir texnikalar, yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar nümayiş olunub

17:17 27.07.2021

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum oldu

16:50 27.07.2021

AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqladı

16:44 27.07.2021

Bakıda kişi "Maşın bazarı"nda özünü qumbara ilə partlatdı - 3 polis xəsarət aldı

16:37 27.07.2021

Azərbaycanda ata oğlunu zəncirlə ağaca bağlayaraq döydü

16:25 27.07.2021

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı bəyannaməsi”ni imzaladı