İlham Əliyev Abdulla Güllə görüşəcək

SİYASƏT
17:54 22.04.2014
1076
Gürcüstanın paytaxtı Tiflis şəhərində prezidentlər səviyyəsində üçtərəfli görüşün baş tutacağı gözlənilir
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Gürcüstanın paytaxtı Tiflisdə görüşəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili açıqlama verib.
Onun sözlərinə görə, hər üç ölkənin prezidenti arasında görüş may ayının əvvəlində Gürcüstanda təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək sammit çərçivəsində baş tutacaq.
“Ölkələrimiz və region üçün ən vacib məsələlərdən biri olan təhlükəsizliklə bağlı keçirilən sammitdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü olacaq. Biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə Gerogi Marqvelaşvili bildirib.

OXŞAR XƏBƏRLƏR