İlham Əliyev: "Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır"

İlham Əliyev: "Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır"
SİYASƏT
12:21 10.10.2021
489
"Keçmiş məcburi köçkünlərlə görüşlər indi tamamilə başqa xarakter alıb".

Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə yekun çıxışında deyib.

Dövlət başçısı qeyd edib:

"Siz bilirsiniz, mən 2003-cü ildən başlayaraq məcburi köçkünlərlə ildə bir neçə dəfə görüşmüşdüm, həm açılışlarda, - çünki 100-dən çox şəhərcik inşa edilmişdir, hər bir açılışda mən iştirak edirdim, - həm də ki, başqa tədbirlərdə. Görürdüm ki, son illər onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?! Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq.

Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı başa düşürəm. Çünki mən keçmiş məcburi köçkünlərlə Azərbaycanda bəlkə də ən çox təmasda olan insanam. Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib "Öldü var, döndü yoxdur!” şüarı ilə qabağa gedəydik və getdik. Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
18:08 09.10.2026
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
17:55 09.10.2026
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
17:45 09.10.2026
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
Bu bürclər heç vaxt uğur qazana bilmir
17:35 09.10.2026
Bu bürclər heç vaxt uğur qazana bilmir
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR