İlham Əliyev: Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib

İlham Əliyev: Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib
SİYASƏT
15:14 01.09.2025
177
Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.

"Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR