İlham Əliyev: "Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır"

İlham Əliyev: "Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır"
Siyasət
14:26 11.10.2020
927

"Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil”.

Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz.

AZXEBER.COM xəbər verir ki, bu sözləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiyaya qədər bizdə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artırdı. Keçən il bu göstərici bir milyona yaxın olub. Mən həmişə demişəm, rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə çimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada özlərini rahat hiss edirlər. Öz mühitlərində olduğu kimi hiss edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsiniz ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların filialları. Rusiyanın musiqi, teatr kollektivləri pandemiyaya qədər demək olar ki, hər həftə burada olurdu. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan ruslara Azərbaycanda yalnız müsbət münasibət var. Siz artıq bir neçə gündür ki, buradasınız və erməni işğalı amilinin insanların ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsiniz. İnsanlar hər bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırıq. Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
18:11 17.09.2025
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”