"44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin yaddaqalan tarixidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində işğala son qoyuldu”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman döyüşçülərimiz sayəsində yaşayırıq:
"Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin maksimal rol olub. Bu müharibə zamanı Azərbaycan Silahlı qüvvələri ən müasir hərbi texnika ilə təmin olunub. Bu təminat Azərbaycan iqtisadiyyatının imkanlarının artması hesabına idi. Bununla yanaşı müharibə dövründə prezident həm beynəlxalq diplomatiya, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istiqamətində böyük işlər görüb. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi”.
A.Mollazadə bildirib ki, Azərbaycan prezidenti mediada da peşəkar çıxışlar edirdi:
"Prezident İlham Əliyev müharihə zamanı dünyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan həqiqətlərini üzə çıxarmağı bacardı. Prezidentin dərin məntiqə söykənən təhlili Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağa böyük kömək oldu".
Ayşən Mirzəyeva