xari

İlham Əliyev: “Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?”

SOSİAL
13:13 26.02.2021
727
"Sözdə insan hüquqlarından, demokratiyadan danışan ölkələr təcrübədə milyonlarla insanın hüquqlarını əlindən alırlar”.

Bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib:

"Qoşulmama Hərəkatının” sədr ölkəsi kimi beynəlxalq səviyyədə qaldırdığımız məsələ ilə bağlı danışmaq istəyirəm. Bizim təşəbbüsümüz ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyası keçirildi. Hansı ki, bu təşəbbüs 150-dən çox ölkənin dəstəyini aldı. Bu sessiya keçən ilin dekabrında baş tutdu. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinin dünya dövlətləri arasında ədalətli şəkildə, milli ayrı-seçkilik olmadan paylanması idi. Ancaq biz başqa şey gördük. Görürük ki, hətta müttəfiqlər arasında ciddi problemlər yaranır. Kimin nə qədər vaksin istifadə etdiyini, kim kimə nə qədər vermədiyini saymağa başlayır. Bu vəziyyət bir daha göstərir ki, həmrəyliklə, birgə mübarizə ilə bağlı bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əksi müşahidə olunur. 

Bir sıra ölkələr vaksini lazım olandan 3-4 dəfə artıq alıblar, amma bu onların vecinə deyil. Kanadanı buna misal çəkə bilərik. Bu o deməkdir ki, kiməsə vaksin çatmayacaq. Axı onlara bu qədər lazım deyil. Amma bu onları maraqlandırmır. Onlar ancaq sözdə bərabərlikdən, insan hüquqlarından və demokratiyadan danışırlar. Praktikada isə milyonlarla insanın hüquqlarını əlindən alırlar. O insanların ki, kasıb ölkələrdə yaşayırlar, o insanların ki, buna imkanları çatmır.

Açıq deyim ki, əgər bütün istehsalçılarla razılıq əldə etməsə idik biz də vaksinsiz qalacaqdıq. Biz "AstraZeneca”nı çoxdan əldə etməli idik, əldə etmədik. Artıq bir neçə aydır. "Sputnik” peyvəndini əldə etmədik. COVAX xətti ilə "Pfizer” və "Moderna” vaksinlərini əldə etməli idik, əldə etmədik. Və bizə bunları nə vaxt əldə edəcəyimizi demirlər.

Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Və bizim bu vaksinləri almaq üçün vəsaitimiz var. Bəs vəsaiti olmayanlar nə etsin? Onlar ölməlidir? Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?

Mən məhz bu məslə ilə bağlı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasında məsələ qaldırmışdım”.

Prezident qeyd edib ki, hazırda "Qoşulmama Hərəkatı” çərçivəsində bu məsələ geniş müzakirə olunur.

"Mənim təklifim çox sayda dövlətlər tərəfindən dəstəklənir. Biz artıq müzakirələrdən fəaliyyətə keçməliyik. Artıq heç bir mənası olmayan şablon ifadələrə son vermək lazımdır. Hamı bunlardan bezib. Biz hamıya aidiyyəti olan bu məsələ ilə bağlı həm milli səviyyədə, həm də BMT-dən sonra dünyada ikinci beynəlxalq təşkilata sədrlik edən ölkə olaraq prinsipiallığımızı qoruyuruq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"

22:24 14.04.2021

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

22:13 14.04.2021

Prezident: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"

22:12 14.04.2021

"Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər"

22:10 14.04.2021

Xərçəngə qarşı vaksin hazırlandı

22:06 14.04.2021

İlham Əliyev: "Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır"