İlham Əliyev Binəli Yıldırımı qarşıladı

SOSİAL
14:54 03.06.2016
1713
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi rrezident İlham Əliyevə raport verib.
İlham Əliyev və xanımı Mehriban Əliyeva Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayıblar.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndiriləndən sonra İlham Əliyev və Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.
//“Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR