İlham Əliyev bir sıra görüşlər keçirdi

İlham Əliyev bir sıra görüşlər keçirdi
SİYASƏT
16:44 26.11.2014
1069

Görüşdə fikir mübadilsə aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın etimadnaməsini qəbul edib.AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, səfir Maria Tharit Çarungvat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tharit Çarungvat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı.

Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etdi.

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26- da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.

Səfir Herbert Estuardo Meneses Koronado fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Herbert Estuardo Meneses Koronado etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Fövqəladə və səlahiyyətli səfir Herbert Estuardo Meneses Koronado Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini dedi. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Otto Fernando Perez Molinaya salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvatemala Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”