İlham Əliyev: ''Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq''

İlham Əliyev:
İQTİSADİYYAT
19:52 10.10.2012
1943
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən prezident İlham Əliyev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb. Ölkədə abadlıq-quruculuq işləri genişlənib, yeni sənaye müəssisələri fəaliyyətə başlayıb. Doqquz ayda ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Həmin sərmayələrin 70 faizi daxili investisiyalardır. Özəl sektorun ümumi daxili məhsulda çəkisi 83 faiz, kənd təsərrüfatında artım isə 6,3 faiz olmuşdur. Bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard ABŞ dolları artmış və hazırda 45 milyard dollar səviyyəsindədir.Valyuta ehtiyatlarının idarə olunması ilə bağlı yeni istiqamətlərin araşdırıldığını deyən dövlət başçısı doqquz ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əmək haqqının 500 ABŞ dolları, orta pensiyanın 190 dollar səviyyəsində olduğunu bildirib. Azərbaycan prezidenti ölkədəki inkişafın insanların yaşayış səviyyəsinə təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən dövlət başçısı bu prosesin cari ilin doqquz ayında da müşahidə olunduğunu bildirib və bunun səbəbləri barədə danışıb. “Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesləri sürətlə gedir, beynəlxalq maliyyə institutları, əsas reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirirlər”, - deyən Prezident İlham Əliyev Azərbaycanın kredit reytinqlərinin artdığını vurğulayıb.Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində indiyə qədər ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığını, il ərzində 188 məktəbin tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyən prezident İlham Əliyev ötən rübdə Azərbaycanın idman uğurlarının daha da artırdığını, London Yay Olimpiya Oyunlarında idmançılarımızın parlaq qələbələrə imza atdığını deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq arenada da böyük uğurlar əldə edib. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyi böyük rəğbətlə qarşılanır, Qoşulma Hərəkatının üzvü olan 120 ölkə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla da dünya birliyinin dörddə üç hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görür.“Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq”, - deyən prezident İlham Əliyev Latın Amerikası ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olduğunu diqqətə çatdırıb.Sonra Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cari ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.Prezident İlham Əliyev yekun nitqində inflyasiya risklərinin qarşısının alınması, bir müddət öncə qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ölkədə məktəblərin, uşaq bağçalarının, yeni yolların tikintisi və yenidən qurulması, əhalinin qaz, elektrik və içməli suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib.Sahibkarlara verilən güzəştli kreditlərin həcminin gələn il 300 milyon manat olacağını deyən prezident İlham Əliyev 2013-cü ildə büdcə xərclərinin 20 milyard manat, icmal büdcənin 30 milyard dollardan çox olacağını deyib.Dövlət İnvestisiya Proqramının bu ilin sonuna qədər qəbul olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti ölkədə qaz hasilatının artdığını, “Ümid” yatağından qazın hasilatına başlanıldığını dedi və bir daha Transanadolu qaz kəməri layihəsinin əhəmiyyətinə toxunub.Prezident İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun daha da genişləndirilməsi, sənayeləşmə prosesinin, Bakı və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsinin vacibliyini də qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
11:41 04.08.2025
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi