İlham Əliyev Bolqarıstan prezidentini təbrik edib

SİYASƏT
15:00 01.03.2014
1328

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan prezidenti cənab Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Bolqarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm".

OXŞAR XƏBƏRLƏR