"İlham Əliyev bu ədalətsizliyə son qoydu və Azərbaycan tarixi torpaqlarına qovuşdu"

"İlham Əliyev bu ədalətsizliyə son qoydu və Azərbaycan tarixi torpaqlarına qovuşdu"
SİYASƏT
13:40 08.11.2022
437
"İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin xüsusi xidməti var. Bu xidmətlər təkcə xalq qarşısında deyil, bu həm də tarix qarşısında bir xidmətdir. Çünki 200 ildən artıqdır ki, Azərbaycan öz ərazilərini itirə-itirə gedirdi. İlham Əliyev uzun illərdən sonra bu ədalətsizliyə son qoyaraq Azərbaycanın itirilmiş ərazisini, sərhədlərini geri qaytardı”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq prezident İlham Əliyevin orduya göstərdiyi diqqətdən bəhs edib:

"İlham Əliyevin prezident seçiləndən sonra orduya ayırdığı diqqəti, ordunun müasir silahlarla silahlandırılması, xarici dövlətlərlə dostluq münasibətlərinin qurulması onun güclü siyasət yürütdüyünü bir daha sübut edir. Bu, bir uğurlu siyasət idi, çünki 21-ci əsrdə ilk dəfə olaraq Azərbaycan xalqı müharibə yolu ilə öz ərazilərini bərpa etdi. Təbii ki, İlham Əliyev dövlət başçısı kimi öz üzərinə götürdüyü missiyanı uğurla həyata keçirtdi. Prezident İlham Əliyev müharibə vaxtı Azərbaycana qarşı müəyyən informasiya cəbhəsində də xüsusi rol oynadı, həm də müharihə cəbhəsində İlham Əliyevin xidmətləri misilsizdir. O, bu müharibəyə özü rəhbərlik edirdi”. 

M.Əsədullazadə prezidentin digər ölkələrlə müttəfiqlik əlaqələrinin gücləndiyini bildirib:

"İkinci Qarabağ müharibəsində Türkiyəylə birgə koordinasiyalı çalışma, Türkiyənin fəaliyyəti və Şuşa Bəyənnaməsinin imzalanması birbaşa İlham Əliyevin xidmətlərinin nəticəsi idi. 
Çünki dövlət başçısı kimi qardaş ölkə ilə də mütəffiq əlaqələrini möhkəmləndirdi. Biz müasir dünyada eyni dildə, eyni dində, eyni kökdə olan dövlətlərin savaşını gördük, buna misal olaraq Rusiya-Ukrayna müharibəsini deyə bilərik. Amma İlham Əliyev məhz qardaş ölkə və beynəlxalq müstəvidə güclü olan ölkələrlə müttəfiqlik əlaqələrini daha da rəsmiləşdirdi”.

Politoloq Qarabağda surətlə davam edən quruculuq işlərini prezidentin daha bir uğurlu siyasəti olduğunu bildirib:

"İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə yeni quruculuq işləri həyata keçirir. Müharibədən 2 il keçməsinə baxmayaraq, demək olar ki, böyük struktur layihələri, həmçinin dəmiryol-avtomobil yolları, Zəfər yolunun salınması Azərbaycan iqtisadiyyatının dayanıqlığını göstərdi. Azərbaycan heç bir beynəlxalq yardımdan asılı olmayaraq bu layihələri uğurla həyata keçirtdi. Biz təkcə döyüş meydanında deyil, masada da qalibiyyətimizi tanıtdıq. Bu gün İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün dünya Qarabağı Azərbaycanının tərkib hissəsi kimi tanıyır”.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?