İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”
SİYASƏT
23:28 28.10.2020
748

"Çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar. Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib”

Prezident İlham Əliyev bu fikirləri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində Ermənistanın davakar ritorikası ilə bağlı suala cavabında bildirib.



Learn more

Dövlətimizin başçısı deyib: "Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma "Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırdı və sair və ilaxır”.

Bütün bunların baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələri olduğunu söyləyən Prezident İlham Əliyev qeyd edib ki, onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcək. "Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrləri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdırlar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən o, acınacaqlı vəziyyətdədir. O, vəziyyətdən necəsə çıxmalı, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardıcıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək. Gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışıqları Dağlıq Qarabağla aparmalıyıq. Yəni, bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi