BAKU AZƏRBAYCAN
12°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

İlham Əliyev bu hərbçiləri təltif etdi - SƏRƏNCAM

İlham Əliyev bu hərbçiləri təltif etdi - SƏRƏNCAM
SİYASƏT
15:08 27.02.2020
3374
SƏRƏNCAM" />

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif edilirlər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

OXŞAR XƏBƏRLƏR