İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasında iştirak edir

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasında iştirak edir
SOSİAL
10:25 15.02.2018
1294
Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.
 
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edir.
Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı İlham Əliyev iclasda nitq söyləyir.
OXŞAR XƏBƏRLƏR