"İlham Əliyev çıxışları ilə informasiya müharibəsində yol xəritəsi çəkdi"

"İlham Əliyev çıxışları ilə informasiya müharibəsində yol xəritəsi çəkdi"
SİYASƏT
17:03 07.11.2022
393
"44 günlük Vətən Müharibəsində Azərbaycan təkcə cəbhədə deyil, siyasi meydanda, informasiya savaşında qələbə qazandı". 

Bu fikirləri AZXEBER.COM-a Diaspor İnformasiya Mərkəzinin rəhbəri, "İnterpress.az" informasiya portalının baş redaktoru Toğrul Allahverdili 44 günlük Vətən Müharibəsindən bəhs edərkən deyib.

O bildirib ki, qələbələrimizin əsas memarı Prezident İlham Əliyevdir:


"Təbii ki, bu qələbələrin hər birinin başında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dururdu. İlham Əliyev həm Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi əsgərlərimizin döyüş tapşırığının yerinə yetirilməsində bir örnək idi, həm də Azərbaycan siyasətçilərinin siyasi arenada düşmənə layiqli cavab verilməsi önündə gedirdi, həm də bunu mən şərəflə, sevincli deyirəm ki, o informasiya savaşçılarının önündə idi. Bizim komandirimiz, liderimiz idi. Biz ondan nümunə götürərək informasiya cəbhəsində savaşırdıq".

Jurnalist əlavə edib ki, 44 günlük Vətən Müharibəsi dönəmində informasiya savaşında jurnalistlər Prezident İlham Əliyevin mübarizliyinə baxıb ilhamlanırdılar:

"Cənab Prezident İlham Əliyev informasiya savaşında hər birimizə örnək oldu. O, bizim önümüzə öz çıxışlarıyla informasiya müharibəsində yol xəritəsi qoydu.

Bu gün Vətən Müharibəsi başa çatıb. Artıq iki ildir ki, biz Vətən Müharibəsindəki Zəfərin dadını çıxardırıq. Zəfər bayramımıza hazırlaşırıq. Lakin informasiya müharibəsi bu gün hər bir cəbhədə davam edir. Dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımız, Azərbaycanı beynəlxalq arenada tanıdan dəyərli təmsilçiləri informasiya savaşında öz mübarizələrini davam etdirirlər".

Toğrul Allahverdili qeyd edib ki, bəzi ölkələr var ki, özlərini bizə dost kimi tanıtsalar da, bizim qələbəmizi həzm edə bilmirlər:

"Özlərini bizə dost, qonşu kimi təqdim edən dövlətlər var ki, iki illik savaşımızı həzm edə bilmirlər. Lakin biz yenə də bütün bu təxribatlara baxmayaraq, informasiya savaşını davam etdiririk. Misal üçün, Cənab Prezidentin son çıxışlarında, müsahibələrində də biz bunu görürük. Cənab Prezidentin istər dünyanın nüfuzlu televiziyalarına verdiyi müsahibələr, istər  beynəlxalq arenalardakı çıxışları, Avropada, Asiyada və digər ölkələrdə qəbul olunan, sevilən bir lider olması informasiya müharibəsində Azərbaycan gəncinin qarşısına çox böyük öhdəliklər qoyur. Bizim artıq informasiya savaşını uduzmağa haqqımızın olmadığını göstərir. Çünki biz elə bir liderin rəhbərliyi altında yaşayırıq ki, haqqımız çatmaz ki, biz məğlub olaq".

Jurnalist sonda dünya azərbaycanlılarına səslənərək onları informasiya müharibəsində aktiv olmağa çağırıb:

"Mən bir daha fürsətdən istifadə edib Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Zəfər çalan Ordumuz başda olmaqla, bütün xalqımızı, dünya azərbaycanlılarını Zəfər günü münasibətilə təbrik edirəm və hər birinə yeni-yeni zəfər bayramları arzu edirəm. Biz informasiya müharibəsində yetərincə çalışmalıyıq, savaşmalıyıq. Bir daha dünyadakı bütün azərbaycanlıları informasiya müharibəsində aktiv olmağa səsləyirəm".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?