İlham Əliyev: "Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq"

İlham Əliyev: "Üçtərəfli görüşün qərarları regionda təhlükəsizliyi artıracaq"
SİYASƏT
22:44 26.11.2021
407

"Bakı Ermənistan tərəfdən konstruktiv münasibət görür".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

"Biz planlarımızı açıq şəkildə müzakirə etdik, hər iki tərəfi maraqlandıran məsələləri açıq müzakirə etdik”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev deyib ki, Azərbaycan Ermənistanla normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir.

"Hesab edirəm ki, bu üçtərəfli formatda biz məqsədlərimizə nail oluruq", - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR